"Fənərbaxça"da ŞOK İTKİ
20.02.2026 - 15:47
"Fənərbaxça"da ŞOK İTKİ

"Fənərbaxça"nın heyətində ciddi itki baş verib. 

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in kapitanı Milan Șkriniar 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, ulduz futbolçu UEFA Avropa Liqasının pley-off mərhələsində baş tutan "Nottingem Forest"ə qarşı oyunun 26-cı dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 27-də İngiltərədə baş tutacaq.