"Fənərbaxça"dan Asensio bombası
01.07.2025 - 14:41
"Fənərbaxça"dan Asensio bombası

Yeni mövsüm çempionluq həsrətinə son qoymaq üçün heyətini gücləndirən “Fənərbaxça”, PSJ-nin vingeri Marko Asensionu heyətinə qatmaq istəyir.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Superliqa təmsilçisi ötən mövsümü “Aston Villa”da keçirən 29 yaşlı futbolçunun transferi üçün PSJ ilə danışıqlara başlayıb.

Həmçinin bildirilir ki, Jose Mourinyo ispaniyalı oyunçu ilə görüşüb.

Qeyd edək ki, Marko Asensio 2015-ci ildən 2023-ə qədər “Real Madrid”in şərəfini qoruyub.