"Fənərbaxça"dan darmadağın - Avstriya klubuna 5 cavabsız qol
08.07.2026 - 23:45
"Fənərbaxça"dan darmadağın - Avstriya klubuna 5 cavabsız qol

Türkiyənin "Fənərbaxça" klubu yoxlama oyununda qüvvəsini sınayıb.

Apasport.az xəbər verir ki, İsmail Kartalın rəhbərlik etdiyi komanda Avstriya təmsilçisi "Admira" ilə qarşılaşıb.

Görüş "sarı-lacivərtlilər"in 5:0 hesablı qələbəsi ilə başa çatıb. "Fənərbaxça"nın qollarını Cengiz Ünder (9), Milan Şkrinyar (42), Fred (60) və Rodriqo Bekao vurublar. Daha bir qolu isə rəqib futbolçu Glitia öz qapısından keçirib.

Qeyd edək ki, "Fənərbaxça" yeni mövsümün hazırlığını Avstriyada davam etdirir.