"Fənərbaxça"nın prezidenti Sadettin Saran “Narkotik maddələrin təmin edilməsi” və “narkotik maddələrdən istifadəyə kömək” ittihamları ilə polis tərəfindən saxlanılıb.
Apasport.az xəbər verir ki, İstanbul klubu məsələ ilə bağlı açıqlama yayıb:
“Prezidentimiz Sadettin Saran bu axşam davam edən istintaq çərçivəsində polis tərəfindən saxlanılıb.
Sözügedən istintaq hazırda davam edir və proses hüquqi dövlət prinsipləri əsasında, müvafiq qurumların səlahiyyət və məsuliyyəti daxilində aparılır.
Prezidentimizin bu prosesi də indiyədək olduğu kimi təmkin və soyuqqanlılıqla arxada qoyacağına inamımız tamdır.
Klubumuzun maraqları naminə aparılan işlər fasiləsiz şəkildə davam edəcək. Prezidentimiz bu çətin günləri geridə qoyaraq klubumuz üçün çalışmağa davam edəcək”.
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi