“Fənərbaxça”dan “Samsunspor”a - RƏSMİ
09.01.2026 - 20:22
“Fənərbaxça”nın qapıçısı İrfan Can Eğribayat Super Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, 27 yaşlı qolkiper “Samsunspor”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, türkiyəli futbolçu mövsümün sonunadək icarə əsasında “Samsunspor”un formasını geyinəcək. Müqavilədə satınalma bəndi də yer alıb.
Qeyd edək ki, “Fənərbaxça” İrfan Can Eğribayatı 2022-ci ildə “Göztəpə”dən transfer edib.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0