"Fənərbaxça"dan vacib 3 xal
13.01.2025 - 23:13
Türkiyə Superliqasının XIX turuna yekun vurulub.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub.
İstanbul təmsilçisi rəqibinə 3:2 hesabı ilə qalib gəlib.
"Sarı-lacıvərdlilər"in heyətində Mert Müldür, Çağlar Söyüncü və Duşan Tadiç fərqlənib." Komyaspor"un qollarını isə Pedrinyo və Blaz Kramer vurub.
Beləliklə, xallarının sayını 42-ə çatdıran "Fənərbağça" 50 xalı olan lider "Qalatasaray"ın ardından ikinci sırada qərarlaşıb və 8 xallıq fərqin artmasına imkan verməyib.
0
0