"Fənərbaxça"nın müdafiəçisi mövsümü başa vurdu
12.04.2024 - 16:36

"Fənərbaxça"nın müdafiəçisi Ceyden Ostervolde ciddi zədə alıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı futbolçu Avropa Konfrans Liqasının 1/4 finalının ilk oyununda "Olimpiakos"la qarşılaşmanın ilk yarısında zədələnib. Matça davam edə bilməyən futbolçu ilk hissədə Ferdi Kadıoğlu ilə əvəzlənib.
Qeyd edək ki, 22 yaşlı müdafiəçinin mövsümün qalan hissəsində oynaması gözlənilmir.
0
0