"Fiorentina" heyətini yeni forvardla gücləndirib
26.08.2025 - 12:47

"Fiorentina" hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Kalyari" forması geyinən Roberto Piksolini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A Seriyası təmsilçisi bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyib. Razılaşmaya əsasən, 24 yaşlı forvardla beş illik müqavilə imzalanıb.
Qeyd edək ki, Piksoli ötən mövsüm "Kalyari"nin heyətində meydana çıxdığı 40 rəsmi matçda 11 qol və 4 assistlə yadda qalıb.
0
0