“Fiorentina”nın yeni baş məşqçisi bəlli olub
07.11.2025 - 21:21
İtaliyanın “Fiorentina” komandasının yeni baş məşqçisi məlum olub.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Paolo Vanoli gətirilib.
53 yaşlı mütəxəssislə bağlanacaq müqavilənin detalları açıqlanmayıb. O, son olaraq “Torino” kollektivinə başçılıq edib.
Qeyd edək ki, “Fiorentina”nı son olaraq Stefano Pioli çalışdırıb.
0
0