Flik "El-Klassiko"da iştirak edə bilməyəcək
22.10.2025 - 17:52
Flik "El-Klassiko"da iştirak edə bilməyəcək

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın appelyasiya şikayətini təmin etməyib.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi baş məşqqçi Hansi Flikin La Liqanın 9-cu turunun "Jirona" ilə matçında (2:1) aldığı qırmızı vərəqənin ləğv olunmasını istəmişdi.

Qurumun klubun şikayətini rədd edib.

Almaniyalı mütəxəssisin şikayətini təmin etməyib. Flikə verilən 1 oyunluq cəza qüvvədə qalıb.

Qeyd edək ki, baş məşqçi oktyabrın 26-da "Real"la keçiriləcək "El-Klassiko"da texniki zonada əyləşə bilməyəcək.