Fransa klubunun yeni baş məşqçisi bəlli olub
18.02.2026 - 21:23
Fransanın "Renn" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisini Frank Ez çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Frank Ezin son iş yeri "Nitsa" olub.
0
2