Fransalı futbolçu A Seriyasında klubunu dəyişə bilər
28.10.2025 - 00:56
Fransalı futbolçu A Seriyasında klubunu dəyişə bilər

"Udineze"nin yarımmüdafiəçisi Artur Atta İtaliyada klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, "Yuventus" fransalı futbolçu ilə yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qoca sinyora" 22 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Udineze" Artur Attanı mövsümün əvvəlində "Mets"dən 8 milyon avroya transfer edib.