Fransalı müdafiəçi “İnter”də
23.08.2025 - 09:24
Fransalı müdafiəçi “İnter”də

"İnter" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Lans"da çıxış edən Endi Diofu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi A Seriyası təmsilçisi ilə 5 illik yeni müqaviləyə imza atıb. Razılaşmaya əsasən, "İnter" fransalı futbolçu üçün 20 milyon avro ödəyib.

Qeyd edək ki, Endi ötən mövsüm "Lans"ın heyətində 34 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.