Fransanın əfsanəvi forvardı vəfat edib
18.06.2025 - 12:39
Fransanın əfsanəvi forvardı vəfat edib

Fransa futbolunda ağır itki baş verib.

Apasport.az xəbər verir ki, məşhur hücumçu Bernard Lakombe 72 yaşında vəfat edib.

Yanvar ayında xəstəxanaya yerləşdirilən sabiq futbolçunun ürəyi dayanıb.

Lakombe Fransa çempionatının ən məhsuldar hücumçularından biri kimi tarixə düşüb.

1969-1987-ci illərdə o, 3 klubun - "Lion", "Sent-Etiyen" və "Bordo"nun rənglərini qoruyub. Lakombe bu müddət ərzində ölkə çempionatında 255 qol vurub.