Haalanddan DÇ debütündə şou - Matçın ən yaxşısı seçildi
17.06.2026 - 04:40
Erling Haaland karyerasında ilk Dünya Kuboku matçına çıxıb.
Apasport.az xəbər verir ki, Norveç millisinin hücumçusu DÇ-2026-nın qrup mərhələsində İraqa qarşı görüşdə fərqlənib.
Ulduz futbolçu qarşılaşmada 2 qol vuraraq komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
Haaland bu performansına görə FIFA tərəfindən görüşün ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Norveç İraqı 4:1 hesabı ilə məğlub edib.
0
0