İngilis klubundan rekord
20.10.2025 - 09:25
İngilis klubundan rekord

"Sanderlend" İngiltərə Premyer Liqasında klub rekorduna imza atıb.

Apaspor.az "Squawka" portalına istinadən xəbər verir ki, komanda buna VIII turda "Vulverhempton"a qalib gəlməklə (2:0) nail olub.

Klub tarixində ilk dəfə çempionatın ilk dörd ev matçında 10 xal qazanıb.

"Qurdlar" "Vest Hem" (3:0), "Brentford"u (2:1) da məğlub edib, "Aston Villa" ilə heç-heçə edib - 1:1.

Qeyd edək ki, "Sanderland" 8 turdan sonra 14 xalla yeddinci pillədə qərarlaşıb.