"İnter" "Dinamo Zaqreb"ə 16 milyon avro ödəyəcək
03.02.2025 - 14:34
İtaliya klublarından "İnter" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Milan təmsilçisi Zaqreb "Dinamo"sundan Petar Suçiçlə razılaşıb.
"İnter" 21 yaşlı yarımmüdafiəçinin keçidi üçün Xorvatiya klubuna 14+2 milyon avro ödəyəcək.
Qeyd edək ki, Suçiç cari mövsümdə 17 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.
0
0