"İnter" İnzaqi ilə anlaşıb
15.04.2025 - 16:55
"İnter" İnzaqi ilə anlaşıb

İtaliyanın "İnter" klubunun rəhbərliyi komandanın baş məşqçisi Simone İnzaqi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb. 

Apasport.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb. 

Mənbənin sözlərinə görə, tərəflər yeni sövdələşmə barədə razılığa gəliblər. Yeni müqaviləyə əsasən, italiyalının maaşı artırılacaq.

Qeyd edək ki, Simone ilə İtaliya klubu arasında mövcud müqavilə gələn ilin yayında başa çatacaq.