İsko “Betis”də qalacaq - YENİ MÜQAVİLƏ İMZALADI
24.11.2025 - 19:24
İsko “Betis”də qalacaq - YENİ MÜQAVİLƏ İMZALADI

“Real Betis” İsko ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, komanda 33 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin üzvü 2028-ci ilin yayına qədər La Liqa təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, İsko 2023-cü ildən “Betis”də çıxış edir.