İspaniyalı yarımmüdafiəçi "Barselona"dan ayrıla bilər
14.04.2026 - 00:23
İspaniyanın "Barselona" klubu cari mövsümün sonunda futbolçusu Mark Kasado ilə yollarını ayıra bilər.
Apasport.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi start heyətindəki yerini itirdiyi üçün bu qərara gəlib.
İspaniyalı oyunçu və klub arasında müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar aparılmır.
Onun karyerasını Səudiyyə Ərəbistanı komandalarının birində davam etdirəcəyi ehtimal olunur.
Qeyd edək ki, Mark Kasadonun "Barselona" ilə sözləşməsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
0
0