İssa Diop Əlcəzairə "həyat verdi" - Matçın oyunçusu seçildi
30.06.2026 - 08:31
İssa Diop Əlcəzairə "həyat verdi" - Matçın oyunçusu seçildi

Mərakeş millisinin müdafiəçisi İssa Diop fərdi mükafata layiq görülüb.

Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın 1/16 finalında Niderlandla keçirilən görüşün ən yaxşı futbolçusu seçib.

Diop qarşılaşmada 1 qol vurub, müdafiədə 7 uzaqlaşdırma edib və matçı 8,2 reytinq balı ilə başa vurub.

Qeyd edək ki, Mərakeş əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Niderlandı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib.

Afrika təmsilçisi növbəti mərhələdə Kanada ilə qarşılaşacaq.