İstanbul derbisini kim qazanacaq? - “Fənərbaxça”, yoxsa “Qalatasaray” - YENİLƏNİR
21.09.2024 - 12:26
İstanbul derbisini kim qazanacaq? - “Fənərbaxça”, yoxsa “Qalatasaray” - YENİLƏNİR

Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" səfərdə "Fənərbaxça" ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, VI turda baş tutacaq oyun Atilla Karaoğlan tərəfindən idarə olunacaq.

Bakı vaxtı ilə saat 21:00-da "Ülker" stadionunda başlayacaq İstanbul derbisi Super Liqa tarixində 135-ci dəfə keçiriləcək. 

İndiyə qədər baş tutan görüşlərin 53-ündə "Fənərbaxça", 37-də "Qalatasaray" qələbə qazanıb, 44 oyun isə heç-heçə nəticələnib.

"Sarı-lacivərdlilər", ölkə çempionatları tarixində "aslanlar"ı ən çox məğlub edən (53) və ona ən çox qol vuran (163) komanda olaraq tanınır. Okan Burukun rəhbərliyi altında "Qalatasaray" son 4 qarşılaşmadan yalnız birində məğlub olub (19 may 2024 - 0:1).

Hazırda "Qalatasaray" 15 xalla turnir cədvəlinə başçılıq edir, Joze Mourinyonun komandası isə 13 xalla ikinci yerdədir.

21 sentyabr

Türkiyə Super Liqası

21:00. "Fənərbaxça" - "Qalatasaray"

0