2027-ci ildə İspaniya Superkubokuna ev sahibliyi edəcək İstanbulda qarşılaşmaların keçiriləcəyi stadionlar müəyyənləşib.
Apasport.az xəbər verir ki, turnir fevralın 2-dən 6-dək İstanbulda təşkil olunacaq.
Superkubokda “Real Madrid”, “Barselona”, “Atletiko Madrid” və “Real Sosyedad” mübarizə aparacaq. Yarımfinalda “Barselona” “Atletiko Madrid”, “Real Madrid” isə “Real Sosyedad”la qarşılaşacaq.
Yarımfinal oyunları fevralın 2-si və 3-də keçiriləcək. Fevralın 2-dəki qarşılaşma “Fənərbaxça”nın “Chobani” stadionunda, ertəsi gün keçiriləcək yarımfinal isə “Beşiktaş”ın “Tüpraş” stadionunda baş tutacaq.
Final matçı isə fevralın 6-da “Qalatasaray”ın ev oyunlarını keçirdiyi “RAMS Park”da təşkil olunacaq.