İtaliya millisinin üzvü “Bolonya”da - rəsmi
03.02.2025 - 18:42
İtaliya millisinin üzvü “Bolonya”da - rəsmi

“Milan”ın futbolçusu Davide Kalabriya “Bolonya”ya keçib.

Apasport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi mövsümün sonunadək icarəyə verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu yeni komandasında "14" nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, peşəkar karyerası ərzində yalnız “Milan” forması geyinən Kalabriya ilk dəfə başqa klubda forma geyinəcək. O, 2015-ci ildən indiyədək 272 matçda 10 qol və 21 assistə imza atıb.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə İtaliya təmsilçisinin heyətində 14 oyun keçirib.

0