Kamavinqa millinin məşqini buraxdı
24.06.2024 - 11:38
Kamavinqa millinin məşqini buraxdı

Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa millinin məşqində iştirak etməyib.

Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.

Mənbənin məlumatına görə, 21 yaşlı yarımmüdafiəçinin sağ topuq nahiyəsində ağrılar var. Zədəsinin ciddi olmadığı üçün o, bu gün məşqlərə başlayacaq.

Xatırladaq ki, Kamavinqa Hollandiya ilə qarşılaşmada özünü yaxşı hiss etmədiyi üçün matçı ehtiyat oyunçular skamyasından izləyib. 

Qeyd edək ki, Avropa çempionatının 2-ci turundan sonra Fransa yığması 4 xalla D qrupunun turnir cədvəlində ikinci yerdədir. Komanda üçüncü turda Polşa ilə qarşılaşacaq.

0