Ozan Tufanın müqavilə detalları açıqlandı
27.06.2024 - 16:35

Super Liqa təmsilçilərindən "Trabzonspor" Ozan Tufanın müqavilə detallarını açıqlayıb.
Apasport.az xəbər verir ki, "bordo-mavilər" müqavilə detallarını İctimai Məlumat Platformasına (KAP) bildirib.
Qara dəniz təmsilçisi Ozan Tufanla 3+1 illik müqavilə imzalayıb. "Trabzonspor" Ozan Tufanın transfer haqqı üçün "Hall Siti"yə 2 milyon avro ödəyəcək.
Qeyd edək ki, Ozan Tufan uzun müddət "Fənərbaxça"da forma geyinib. Daha sonra isə "Hall Siti"yə keçib.
0
0