“Qarabağ”ın futbolçusunun durumuna aydınlıq gəldi - ÖZƏL
26.02.2025 - 21:52
“Qarabağ”ın futbolçusu Abbas Hüseynovun durumuna aydınlıq gəlib.
Apasport.az saytına verilən məlumata görə, müdafiəçi artıq müalicəsini başa vurub.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”ə qarşı ilk görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk edən Hüseynov bir həftədən sonra məşqlərə başlayacaq.
Onun kollektivlə məşqlərə qoşulması da uzun çəkməyəcək.
Abbas Hüseynov əzələsində problem yarandığı üçün “Səbail”lə görüşü başa vura bilməyib.
Qeyd edək ki, müdafiəçi 2017-ci ildən Ağdam klubunun şərəfini qoruyur.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
0
0