Beynəlxalq turnirin qalibləri bəlli olub
26.02.2025 - 19:55
Beynəlxalq turnirin qalibləri bəlli olub

Azərbaycan Atletika Federasiyası və “Atletika” İdman Klubunun təşkilatçılığı ilə əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibləri bəlli olub.

Apasport.az xəbər verir ki, Bakı Atletika Mərkəzində keçirilən Memorialda yerli idmançılarla yanaşı, Qazaxıstan, Özbəkistan və Saxa Respublikasından 45 atlet mübarizə aparıb.

60 metr məsafəyə qaçışda kişilərin mübarizəsində Həmid Nəbiyev, qadınların yarışında isə Lamiyə Vəliyeva qalib olub.

Üçtəkanla tullanmada Rüstəm Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Uzunluğa tullanmada isə Kəsgin Abbaszadə bütün rəqiblərini qabaqlayıb.

60 m qaçış
Oğlanlar (U-18)
1. Ümüd Xudaverdiyev
2. Tuncay Hümbətov
3. Məhəmməd Əlizadə

Kişilər
1. Həmid Nəbiyev
2. Elcan Cəfərov
3. Nuran Məmmədəliyev

Qızlar (U-18)
1. Safiya Kərimova
2. Kristina Morduxayeva
3. Məryəm Xudayeva

Qadınlar
1 Lamiya Vəliyeva
2. Aleksandra Zalyubovskaya
3. İlahə Quliyeva

Uzunluğa tullanma
Kişilər

1. Kəsgin Abbaszadə
2. Cabir Əliyev
3. Qleb Qladilov

Oğlanlar (U-18)
1. Kənan Bayramov
2. Lev Baraşkov
3. Əmir İsmayılov

Qadınlar
Yekaterina Avdeyenko

Qızlar (U-18)
1. Polina Kuzubova
2. Marqarita Tumakova
3. Mələk Hüseynova

Üçkəkanla tullanma
Kişilər

1. Rüstəm Məmmədov
2. İvan Denisov
3. Nurgun Sokolnikov