Karvahal hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər
27.04.2025 - 17:49

“Real”ın müdafiəçisi Daniel Karvahal İspaniya kubokunun “Barselona” ilə final oyununda iştirak etməməsinə baxmayaraq, hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının İntizam Məcəlləsinə əsasən, hətta meydandan kənarda belə, hakimi təhqir edən və ya aşağılayan oyunçu bir neçə oyunluq diskvalifikasiya oluna bilər.
“Barselona” 84-cü dəqiqəyə qədər 1:2 hesabı ilə uduzsa da, daha sonra oyunu əlavə vaxta apara bilib. Jül Kunde 116-cı dəqiqədə həlledici qola imza atıb.
0
0