“Kasımpaşa”da yeni müqavilə
09.04.2026 - 23:44
“Kasımpaşa”da yeni müqavilə

“Kasımpaşa”nın kapitanı Haris Hayradinoviçin taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, komanda bosniyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Haris 2019-cu ildən “Kasımpaşa”da çıxış edir.