Keyn bu göstəriciyə görə Peleni geridə qoyub
17.11.2025 - 12:38
İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsində Albaniyanı məğlub edib – 2:0.
Apasport.az xəbər verir ki, komandanın qollarını Harri Keyn vurub.
32 yaşlı hücumçu bununla da yığmadakı qollarının sayını 78-ə çatdırıb. O, dünyada millidə ən çox qol vuranların siyahısında 12-cidir.
77 qolu olan mərhum futbolçu Peleni qabaqlayan Keyn iranlı Hüseyn Said ilə 12-ci sıraya şərikdir.
Milli formada ən çox qol vuran isə Kriştiano Ronaldodur. O, Portuqaliya yığmasıyla 143 qola imza atıb.
0
0