Kinqsli Koman Ronaldo ilə komanda yoldaşı ola bilər
09.08.2025 - 14:55
"Bavariya"nın cinah oyunçusu Kinqsli Koman Kristiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr"ə keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin sözlərinə görə, 29 yaşlı fransalıya yüksək maaşla 3 illik müqavilə təklif olunub və "Əl-Nəsr" Kinqslini kluba qoşulmağa razı salacağına inanır.
Koman 2015-ci ildən "Bavariya"da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 45 matçda meydana çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə verib.
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
0
0