Kocamanın köməkçiləri bəlli olur – “Fənər” əfsanələri geri qayıdır
09.06.2026 - 14:33
Kocamanın köməkçiləri bəlli olur – “Fənər” əfsanələri geri qayıdır

“Fənərbaxça” ilə anlaşdığı bildirilən Aykut Kocamanın məşqçilər korpusunda yer alacaq şəxslər müəyyənləşir.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssisin komandasında tanış simaların olması gözlənilir.

Kocamanın texniki heyətində Volkan Demirel, Selçuk Şahin, Dirk Kuyt və Pyer Vebonun yer alacağı iddia olunur.

Aykut Kocamanın “Fənərbaxça”ya qayıdışının yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Volkan Demirel, Selçuk Şahin, Dirk Kuyt və Pyer Vebo Aykut Kocamanın əvvəlki “Fənərbaxça” dövründə də birlikdə olublar. Sabiq futbolçular o dövrdə Kocamanla texniki heyətdə deyil, futbolçu kimi çalışıb.