Kovaçiç klubunu dəyişə bilər
26.10.2025 - 09:23
Xorvatiyalı yarımmüdafiəçi Mateo Kovaçiç yaxın vaxtlarda “Mançester Siti”dən ayrıla bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
31 yaşlı futbolçunun transferi ilə Premyer Liqanın iki klubu – “Vest Hem” və “Aston Villa” maraqlanır.
Kovaçiçin “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, “Mançester Siti”yə 2023-cü ilin yayında keçib.
0
0