La Liqadan A Seriyasına - RƏSMİ
19.08.2025 - 19:25
La Liqadan A Seriyasına - RƏSMİ

"Napoli" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İtaliya çempionu "Jirona"dan Miqel Qutyerresi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyəcək. 24 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Miqel ötən mövsüm "Jirona"nın heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 6 assistlə yadda qalıb.