"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VIII turunun "Qarabağ"la matçına ciddi itkilərlə çıxacaq.
Apasport.az xəbər verir ki, İngiltərə çempionunun müdafiəçiləri Co Qomeslə İbrahima Konate komandaya kömək edə bilməyəcək.
Bu barədə baş məşqi Arne Slot oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Qomes Premyer Liqanın 23-cü turunun "Bornmut"la matçında (2:3) zədələnib. Konatenin isə atası dünyasını dəyişib. Buna görə də baş məşqçi fransalı futbolçuya icazə verib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə