“Liverpul”un müdafiəçisi ölkəsinə qayıda bilər
31.10.2025 - 00:32
“Liverpul”un müdafiəçisi Endryu Robertson karyerasını doğma ölkəsində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə Şotlandiyanın “Seltik” klubu maraqlanır.
Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, “Seltik” mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq Şotlandiya millisinin üzvünü yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Robertson cari mövsümdə “Liverpul”un heyətində 9 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
0
0