“Liverpul”un qolkiperi “Ayaks”da - RƏSMİ
18.06.2025 - 19:48

"Ayaks" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Liverpul"un qolkiperi Viteslav Yaroşu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qapıçı 1 illik icarə əsasında Niderland təmsilçisinin heyətində çıxış edəcək.
Qeyd edək ki, ingiltərəli qapıçı geridə qalan mövsümdə Mersisayd təmsilçisinin heyətində 2 rəsmi oyunda iştirak edib və qapısından 2 top buraxıb.
0
0