Madrid derbisində qalib müəyyənləşmədi
09.02.2025 - 02:03

Futbol üzrə İspaniya çempionatında XXIII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, turun mərkəzi matçında Madrid derbisi baş tutub.
"Real Madrid" doğma meydanda "Atletiko"nu qəbul edib.
İlk hissəni 0:1 geridə tamamlayan "kral klubu" ikinci hissədə Mbappenin qoluyla bərabərliyi təmin edib. Matçda başqa qol olmayıb və komandalae hərəyə 1 xalla kifayətləniblər.
Bu nəticədən sonra "Real Madrid" liderlik kürsüsündə öz yerini qoruyub.
Simeonenin yetirmələri isə 1 xal fərqlə turnir cədvəlinin 2-ci sırasında qərarlaşıb.
0
0