"Marsel" Amin üçün 22 milyon avro ödəyəcək
01.02.2025 - 13:28
"Marsel" Amin üçün 22 milyon avro ödəyəcək

Fransa təmsilçilərindən “Marsel” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Liqa 1 klubu “Renn”dən Amin Qiurini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Marsel” 24 yaşlı hücumçu üçün bonuslarla birlikdə 22 milyon avro ödəyəcək.

Qeyd edək ki, Amin bu mövsüm 20 oyunda 3 qol vurub.

0