
"İnter Mayami"nin hücumçusu Lionel Messi futbolda başqa heç nə xəyal etmədiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, 8 dəfə “Qızıl top”un sahibi PSJ-də oynayarkən Fransa kuboku istisna olmaqla, karyerasında demək olar ki, bütün mümkün kubokları qazanan Messi gələcəyi ilə bağlı deyib:
"Artıq futbolda heç bir arzum yoxdur, karyeramda istədiyim hər şeyə nail olmuşam".
Xatırladaq ki, 36 yaşlı ulduz futbolçu 4 dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı həm Amerika, həm də Dünya Kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, Lionel Messi keçən yay PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçib.