Messi daha bir matçı buraxacaq
10.08.2025 - 23:39
Messi daha bir matçı buraxacaq

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messinin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, daha bir matçı buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano açıqlama verib.

O, 38 yaşlı hücumçunun “Orlando Siti” ilə görüşdə meydana çıxmayacağını bildirib.

“Orlando Siti” – “İnter Mayami” matçı avqustun 11-də keçiriləcək.

Qeyd edək ki, Messi avqustun 3-də zədələnib.