"Milan" heyətini meksikalı hücumçu ilə gücləndirəcək
01.02.2025 - 16:49
"Milan" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
A seriyası təmsilçisi "Feyenoord"dan Santyaqo Ximenezi transfer edəcək.
Niderland klubu "Milan"ın 23 yaşlı mərkəz hücumçusu üçün göndərdiyi son təklifi qəbul edib.
"Milan" meksikalı futbolçuya görə bonuslar da daxil olmaqla 35 milyon avrodan çox pul ödəyəcək.
Qeyd edək ki, Ximenez cari mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 16 qol vurub və 3 qolun ötürməsini verib.
0
0