“Milan”dan Fabreqas həmləsi
02.03.2025 - 22:16

İtaliya A Seriyası təmsilçilərindən "Komo"nun baş məşqçisi Ses Fabreqas komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, "Milan" ispaniyalı mütəxəssisin işini bəyənir.
"Rossonyerilər" Fabreqası Serxio Konseysaonun əvəzləyicisi olaraq görür.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bundan başqa A Seriyası təmsilçisinin bu posta digər namizədləri isə Mauritsio Sarri və Roberto De Zerbidir.
Qeyd edək ki, 38 yaşlı baş məşqçinin "Komo" ilə müqaviləsi 2028-ci ilə qədərdir.
0
0