“Milan”ın forvardı “Fənərbaxça”nın radarında
26.11.2025 - 20:23
“Fənərbaxça” qışda hücum xəttini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" “Milan”dan Santiaqo Ximenez ilə maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, “rossonyerilər” 24 yaşlı forvard üçün 20–25 milyon avroluq təklif gələcəyi halda onunla vidalaşmağa hazırdır.
Qeyd edək ki, Meksika millisinin üzvü bu mövsüm “Milan”ın heyətində meydana çıxdığı 11 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
- Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir
0
0