"Milan"ın futbolçusu İtaliyada ən yaxşı seçilib
09.10.2025 - 19:22
İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, "Milan"da çıxış edən Kristian Pulişiç ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
ABŞ millisinin üzvü olan 27 yaşlı vinger azarkeşlər arasında keçirilən sorğuda Federiko Başirotto ("Kremoneze"), Kevin De Bruyne ("Napoli"), Federiko Dimarko ("İnter"), Nikola Krstoviç ("Atalanta") və Rikardo Orsolinini ("Bolonya") geridə qoyub.
Qeyd edək ki, Kristian Pulişiç ötən ay A Seriyasında meydana çıxdığı 3 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ
- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
0
0