Millimizin üzvü oynadı, komandası 3 xal qazandı
02.03.2025 - 23:57
Millimizin üzvü oynadı, komandası 3 xal qazandı

Albaniyada ölkə çempionatının XXVII turunun bir sıra oyunları keçirilib. 

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” doğma meydanda "Teuta" ilə qarşılaşıb.

Meydan sahibləri matçdan 2:0 hesablı qələbə ilə ayrılıblar.

Bu görüşdə Əliyev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, hazırda "Eqnatiya" 49 xalla liderliyini davam etdirir.