Joze Mourinyo karyerasını millidə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası mütəxəssisi yığmaya dəvət etməyi düşünür.
Bu barədə ESPN nəşri məlumat yayıb.
Bildirilib ki, millinin hazırkı çalışdırıcısı Roberto Martinezin müqaviləsi bitdikdən sonra Mourinyoya rəsmi təklif göndəriləcək.
Martinezin sözləşməsi 31 iyul 2026-cı ilə qədərdir. Mourinyonun "Benfika" ilə müqaviləsi ilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Portuqaliya millisi 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak edəcək.