Neymar “Santos”dan ayrıla bilər
29.07.2025 - 20:55
Neymar “Santos”dan ayrıla bilər

Braziliyalı futbolçu Neymar “Santos”dan ayrıla bilər.

Apasport.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. 33 yaşlı hücumçu komandanın azarkeşləri ilə konflikt yaşadığı üçün klubu tərk etmək niyyətindədir.

Fransanın “Marsel” klubu Neymarı transfer etmək niyyətindədir. Liqa 1 təmsilçisinin yaxın zamanda oyunçu ilə danışıqlara başlayacağı bildirilir.

Neymar daha əvvəl Fransada PSJ-də çıxış edib.