Nikola Zalevski “İnter”də - RƏSMİ
02.02.2025 - 11:49
"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Milan təmsilçisi "Roma"dan Nikola Zalevskini icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı vinger yayda qədər "göy-qaralar"ın formasını geyinəcək.
"İnter" 23 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna sahibdir.
Qeyd edək ki, Zalevski "Roma"nın yetirməsidir.
0
0